Ağ Ev sahibinin Ankaraya verdiyi vəd... - ŞƏRH
Bizi izləyin

Yaxın Şərq

Ağ Ev sahibinin Ankaraya verdiyi vəd... - ŞƏRH

Amerikanın bir qrup tanınmış konqresmeni Ağ Evlə Ankara arasındakı Suriya ilə bağlı bugünkü razılaşmanı qəbul etmədiklərini bildiriblər.

Publika.az xəbər verir ki, bunu Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar ABŞ-Türkiyə razılaşmasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

"Terrorçu PKK uzantıları olan YPG və PYD təmsilçiləri də oxşar açıqlama veriblər. Başqa sözlə, Ağ Ev sahibinin Ankaraya verdiyi vəd heç nəyi həll etmir. Türkiyə yoluna davam etmək məcburiyyətində qalacaq", - şərhdə deyilir.

Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm