• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

ABŞ Suriyadan çıxardığı hərbçiləri bu ölkəyə göndərəcək

ABŞ Suriyadan çıxardığı hərbçiləri bu ölkəyə göndərəcək

Suriyanın şimal rayonlarından çıxarılan təxminən min Amerika hərbçisi qərbi İraqa yola düşəcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

Pentaqonun başçısı qeyd etdi ki, Amerika hərbçiləri İraqa kömək etmək üçün İŞİD terror qruplaşmasına qarşı kampaniyanı davam etdirəcəklər.

“ABŞ sürətli tempdə Suriyanın şimal-şərqindən çıxmağa davam edir. Cari iş planı bu güclərinin yerini qərbi İraqa dəyişdirməkdən ibarətdir”, - agentlik Esperdən sitat gətirib.

“Assoşieyted Press” agentliyi həmçinin, qeyd edib ki, müdafiə nazirinin sözlərinə görə, “vəziyyət dəyişə bilər”.

Xatırladaq ki, oktyabrın 17-də ABŞ və Türkiyə Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının 120 saat müddətində dayandırılması və YPG terror qruplaşmasının 30 kilometrlik zonadan çıxarılması haqqında razılaşıblar. Boşaldılan əraziyə Ankara tək nəzarət edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ vədini yerinə yetirməsə, Ankara Suriyada əməliyyatı davam etdirəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR