Rusiya Trampın sirrini ORTAYA ÇIXARDI: demə, Suriyada... - FOTOFAKT
Bizi izləyin

Yaxın Şərq

Rusiya Trampın sirrini ORTAYA ÇIXARDI: demə, Suriyada... - FOTOFAKT

ABŞ Suriyanın şimalındakı neft quyularını istismar edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Mətbuat konfransı keçirən Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Amerikanın rəsmi qurumlarının Suriya neftindən 30 milyon dollardan çox gəlir əldə etdiyini bildirib.

ABŞ bölgədən çıxarılan nefti qeyri-qanuni yollarla, məsələn, ABŞ əsgərləri və xüsusi hərbi şirkətləri vasitəsilə ölkədən ixrac edir. Neft konvoylarına hücum edilsə, bu zaman Hərbi Hava Qüvvələri hərəkətə keçir.

“Beynəlxalq hüquq və ya Amerika qanunları heç bir yerdə ABŞ qüvvələrinə Suriyadakı neft yataqlarını Suriya və xalqından qorumaq və müdafiə etmək kimi səlahiyyət verməyib. Buna görə də hazırda Vaşinqtonun addımları Suriyanın şərqindəki neft sahələrinin işğalı və silahlı nəzarət altında saxlanmasıdır. Sadə şəkildə desəm, beynəlxalq bir dövlət banditizmi”,- Konaşenkov bildirib.

O qeyd edib ki, Suriya neftinin bareli 38 dollara satılır.

Suriyanın Deyr-əz-Zor şəhərində çəkilən peyk görüntüləri də buradakı neft quyularının istifadə edildiyinin sübutudur. Görüntülərdə şəhərdən 42 km məsafədə yerləşən Daman nefttoplama stansiyasının ətrafında 23-ü benzin olmaqla, 90 neft tankeri əks olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriya neftinin qorunması, İŞİD və İranın əlinə keçməməsi üçün bölgəyə 200 əsgər və 30 tank göndərəcəyini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm