ABŞ-dan GÖZLƏNİLMƏZ ADDIM: çıxardığı ordusunu yenidən ora yeritdi
Bizi izləyin

Yaxın Şərq

ABŞ-dan GÖZLƏNİLMƏZ ADDIM: çıxardığı ordusunu yenidən ora yeritdi

Suriyanı tərk edərək İraqa gedən ABŞ Silahlı Qüvvələrinin əsgərləri yenidən geri qayıtmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi informasiya yayıb.

Xəbərə görə, Əl-Valid sərhəd məntəqəsindən ölkə ərazisinə daxil olan hərbi kolonu helikopterlər müşayiət edir.

Suriyanın şərqində YPG/PKK işğalındakı sahədə yerləşən neft quyularını hərbi qüvvələrlə qorumaq qərarı alan ABŞ buraya heyəti daşıyan avtomobillər və tanklar daxil olmaqla, 30 zirehli texnika göndərib.

İraqın Müdafiə naziri Nəcah əş-Şamari amerikalı həmkarı ilə görüşdən sonra Suriyadan çıxan ABŞ hərbçilərinin dörd həftə ərzində İraq ərazisini tərk edəcəyini bildirmişdi.

Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladıqdan sonra ABŞ Silahlı Qüvvələri Hələb, Əl-Haseke və Rakka əyalətlərində yerləşən bazaların çoxunu tərk edərək hərbçilərini İraqa aparmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm