ABŞ bombardmançısı Rusiya bazasının üzərində hərəkətə keçdi - GƏRGİNLİK
Bizi izləyin

Yaxın Şərq

ABŞ bombardmançısı Rusiya bazasının üzərində hərəkətə keçdi - GƏRGİNLİK

Rusiyanın Suriyadakı Hmeymim Hərbi Hava Bazası yaxınlığında ABŞ-a aid B-52 strateji bombardman təyyarəsi görülüb.

Publika.az xəbər verir ki, bu barədə “Avia.pro” adlı xəbər saytı informasiya yayıb.

Təyyarə Yunanıstanın cənubundan keçərək bazanın yerləşdiyi Ləzkiyə bölgəsinə doğru uçub. Daha sonra yoluna davam edib.

B-52-nin istiqamətinin tam olaraq müəyyən edilmədiyi, güman ki, Livana tərəf uçduğu ifadə olunub. ABŞ təyyarəsinin rus bazasına yaxınlaşması isə xüsusi diqqət çəkib. ABŞ-ın bununla Rusiyaya göz dağı verə biləcəyi ehtimalı var. Hmeymim S-400 müdafiə raketləri ilə qorunmur. Bu sistemlərin radarlarının bağlı olduğu iddia edilir.

Daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə aid B-2H Stratofortress strateji bombardman təyyarəsinin Kalininqraddakı Rusiya Baltik Donanmasına bombardman simulyasiyası etdiyi deyilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm