• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

ABŞ-ı Suriyada UTANCVERİCİ MƏĞLUBİYYƏT gözləyir

ABŞ-ı Suriyada UTANCVERİCİ MƏĞLUBİYYƏT gözləyir

“ABŞ Suriyanı öz razılığı ilə tərk etməsə, utancverici məğlubiyyətlə üzləşəcək”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Raket və Artilleriya Elmləri Akademiyasının direktor müavini Konstantin Sivkov deyib.

Onun sözlərinə görə, ABŞ-ın Suriyadan çıxması qaçılmazdır: “Bu geri çəkilmə könüllü olacaqsa, daha az itki ilə baş verəcək, zorla olacaqsa, daha çox itki verəcək və utancverici məglubiyyətlə üzləşəcək”.

Sivkov qeyd edib ki, ABŞ-ın Suriyadakı mövqeləri hava hücumundan müdafiə sistemləri tərəfindən qorunmur, buna gorə də PUA-ların hucumlarına qarşı zəifdir:

“ ABŞ-ın bu təhlükə ilə yeganə mübarizə yolu hücum zamanı PUA və raketleri məhv etməkdir. Ancaq eyni vaxtda qüvvələrin yerləşdiyi bazanın 40-50 km ərazisini nəzarətdə saxlamaq çox çətindir. ABŞ-ın Suriyadakı bazaları hələ də zərər görməyib, çünki heç kim bu bazaları vurmaq tapşırığı verməyib. Ancaq belə bir qərar qəbul edilərsə, ABŞ-ın itkiləri sürətlə artacaq".

Məhərrəm Əliyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR