Səudiyyə Ərəbistanı yayılan videoya görə üzr istədi - FEMİNİZM, HOMOSEKSUALİZM...
Bizi izləyin

Yaxın Şərq

Səudiyyə Ərəbistanı yayılan videoya görə üzr istədi - FEMİNİZM, HOMOSEKSUALİZM...

Səudiyyə Ərəbistanı feministləri ekstremist kimi qələmə verən videomateriala görə üzr istəyib.

Bu ölkənin Dövlət Təhlükəsizliyi Agentliyi ona məxsus sosial şəbəkə səhifəsində qadın haqları müdafiəçilərinin ekstremist kimi təqdim olunmasını “səhv addım” adlandırıb. Agentliyin yaydığı videomaterialda feminizm, homoseksualizm və ateizm təhlükəli ideyalar kimi qələmə verilir və Səudiyyə Ərəbistanın vətəndaşlarına onlardan uzaq durmaq barədə xəbərdarlıq edilir. Lakin dünyada qadın haqları sahəsində mənfi imici olan bu ölkə son məqamda feministləri bu kateqoriyaya aid etdiyi üçün üzr istəməli olub. Qeyd olunur ki, insidentlə bağlı Kral Salmana da məlumat verilib. Agentliyin məlumatında o da qeyd olunub ki, videoçarxda bir çox yanlışlıqlar var və onu hazırlayanlar öz işinin öhdəsindən gələ bilməyiblər.

Səudiyyə İnsan Haqları Komissiyası da qalmaqallı videomaterialla bağlı bəyanat yayıb. Qeyd olunub ki, feminizm cinayət əməli deyil və homoseksualizm və ateizmlə müqayisə edilə bilməz. Videoçarx dünyada feminist və insan haqları müdafiəsi təşkilatlarının da sərt tənqidinə səbəb olub.

Son illər Səudiyyə Ərəbistanında qadınlara daha çox azadlıq verilməsi istiqamətində islahatlar aparılır. 2018-ci ildə zərif cinsin nümayəndələrinin avtomobil idarə etməsinə icazə verilib, həmçinin onların kişilərin müşayiəti olmadan xarici ölkələrə səfərə yollanması üzrə qadağalar götürülüb. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm