ABŞ və İsraildən TƏHLÜKƏLİ OYUN: BMT və Türkiyə ayağa qalxdı
Bizi izləyin

Yaxın Şərq

ABŞ və İsraildən TƏHLÜKƏLİ OYUN: BMT və Türkiyə ayağa qalxdı

İsrailin ilhaq etdiyi Qüds və Qolan təpələrinə dair qanuna sığmayan qərarları ilə beynəlxalq topluma cəbhə açan ABŞ, bu dəfə Qərbi Şəriənin statusu ilə bağlı verdiyi qərarla hədəfə çevrilib.

Publika.az xəbər verir ki, Türkiyə Qərbi Şəriədə salınan qəsəbələrin hüquqa zidd olmadığını iddia edən ABŞ-ın bu addımını İsrailin qeyri-leqal davranışlarının qanuniləşdirilməsi kimi dəyərləndirir.

Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib ki, Türkiyə beynəlxalq toplumun məsuliyyət sahibi olan bütün üzvləri ilə birlikdə Fələstin dövlətinin müstəqilliyini və qardaş Fələstin xalqının qanuni haqlarını müdafiə edir və buna davam edəcək.

Birləşmiş Millətlər Təşkilatı da işğal altında olan Fələstin torpaqlarındakı yəhudi qəsəbələrini beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.

Avropa İttifaqı isə siyasətinin dəyişmədiyini, bütün qəsəbələrin qanundankənar olduğunu qeyd edib.

Qeyd edək ki, İsrail hökuməti ABŞ-a verdikləri qərara görə təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm