SON DƏQİQƏ: müqəddəs şəhər blokadaya alındı, 15 mindən çox insan... - (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: müqəddəs şəhər blokadaya alındı, 15 mindən çox insan... - (YENİLƏNDİ)

İraqın Nəcəf şəhərinə giriş-çıxış bağlanıb.

Publika.az xəbər verir ki, ötən gün İran konsulluğunun binasının etirazçı kütlə tərəfindən yandırılmasından sonra ordu şəhərin bütün yollarını avtomobillər üçün bağlayıb və ölkənin digər bölgələri ilə əlaqələrini kəsib.

Ordunun Mərkəzi Fərat Əməliyyatları Komandanlığı durumun şəhərdə sabitlik yaranana qədər davam edəcəyini açıqlayıb.

Şiə müsəlmanları tərəfindən müqəddəs qəbul edilən Nəcəf şəhəri dini liderləri Əli Sistaninin də yaşadığı yer olub.

Qeyd edək ki, İraqda işsizlik, korrupsiya və ictimai xidmətlərin bərbad olmasına etiraz edən xalq oktyabrın 1-dən bəri küçələrdə aksiyalar keçirir. Bu günə qədər 300-dən çox insan ölüb, 15 mindən çoxu yaralanıb. Paytaxt Bağdad başda olmaqla, mərkəzi və cənub hissələrdəki şəhərlərdə davam edən aksiyalarda İranın ölkədəki nüfuzuna qarşı reaksiyalar dilə gətirilir. Hökumətin açıqladığı islahat paketləri ilə qane olmayan etirazçılar təhlükəsizlik qüvvələrinə zorakılıqdan istifadə etməsi təlimatını verən Baş nazir Adil Əbdülmehdi və korrupsiyada ittiham etdiyi hökumət üzvlərinin istefasını istəyir.

***

09:09

İraq hakimiyyəti ölkənin cənub əyalətlərində İranın konsulluğuna hücumdan sonra təhlükəsizlik tədbirlərini artırır.

Trend-in verdiyi məlumata görə, İranın konsulluqlarının yerləşdiyi Bəsrə və Kərbəlada da təhlükəsizlik tədbirləri artırılıb.

Bildirilir ki, bir qrup etirazçı İranın Nəcəf şəhərindəki konsulluğuna hücum edib və binaya girişi yandırıb. Daha sonra alov binanın digər hissələrinə də keçib. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.

"As Sumaria" telekanalının məlumatına əsasən, İran nümayəndəliyinə hücumdan sonra təhlükəsizlik qüvvələri kompleksi tərk ediblər və hazırda bina heç kim tərəfindən qorunmur. Binanın qarşısında isə bir qrup nümayişçi yanğınsöndürənlərə mane olmağa çalışırlar.

Vəziyyətlə əlaqədar səhiyyə və daxili işlər istisna olmaqla, şəhərdə bütün dövlət müəssisələrinin işçiləri üçün istirahət günü elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm