Baş nazirdən göstəriş - "Hərbi əməliyyat başlansın..."
Bizi izləyin

Yaxın Şərq

Baş nazirdən göstəriş - "Hərbi əməliyyat başlansın..."

İsrailin baş naziri Binyamin Netanyahu dünənki atəşlərdən sonra Qəzzada islamçılara qarşı mümkün hərbi əməliyyata hazırlaşmaq barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin həftəlik iclasının açılışında bildirib.

"Əgər atəş davam etsə, heç bir razılaşma (HƏMAS-la-red) olmayacaq. Əksinə, Qəzzada terrorçular hələ bizim gücümüzü hiss edəcəklər. O hissi ki, 3 həftə əvvəl bizə "İslam cihadı"nın lideri və bu təşkilatın onlarla döyüşçüsü hücüm edəndə, onlar İsrailin “Qara kəmər” əməliyyatının gedişatında hiss ediblər, - bu, yalnız başlanğıc idi", - baş nazir deyib.

Netanyahu əlavə edib ki, İsrailin müdafiə nazirinə vəmüdafiə ordusuna hərbi əməliyyata hazırlaşmağı tapşırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm