Hərbi hissənin bazasına silahlı hücum: çox sayda yaralı var
Bizi izləyin

Yaxın Şərq

Hərbi hissənin bazasına silahlı hücum: çox sayda yaralı var

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Bəhram hərbi hava bazası yaxınlığında bomba partladılıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.

Ətrafdakı yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Pərvan vilayətinin tabeliyində olan Bəhram ilçəsinin bələdiyyə sədri Əbdül Şükür Qüddusi verdiyi açıqlamada hadisəni törədən şəxsin bazanın yaxınlığındakı səhiyyə məntəqəsini hədəf aldığını deyib.

Hadisə şahidləri isə partlayışdan sonra silah səslərinin eşidildiyini bildirib.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Bəhram hərbi hava bazasında ABŞ qoşunları yerləşdirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm