İsraildən İranla bağlı ŞOK QƏRAR - Hərəkətə keçdilər
Bizi izləyin

Yaxın Şərq

İsraildən İranla bağlı ŞOK QƏRAR - Hərəkətə keçdilər

İranın İraqda yerləşməsinə icazə verməyəcəyik.

Publika.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəisi Aviv Kohavi Herzilyada keçirilən konfrans zamanı deyib.

O, İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinin İraqa qabaqcıl silahlar gətirdiyini iddia edib:

"İranın İraq və Suriyada yerləşməsinə icazə verməyəcəyik. İranla aramızda qarşıdurma yaşanır. Buna hazırlaşırıq".

Qeyd edək ki, İsrailin 19 iyulda "F-35" qırıcısı ilə İraqın Səlahəddin əyalətindəki Əmirli Əsgəri Düşərgəsində, 28 iyulda isə Bağdadın qərbində İrana aid raket buraxıcılarının olduğu düşərgəni vurduğu iddia edilmişdi.

Baş nazir Binyamin Netanyahu isə avqust ayında Ukrayna paytaxtı Kiyevdə verdiyi açıqlamada, İraqda İrana məxsus buraxıcılar İsrail tərəfindən vurulub deyə bildirmişdi:

"İran heç bir yerdə toxunulmaz deyil".

Aytən N.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm