Əsəd Trampı məhkəməyə verir
Bizi izləyin

Yaxın Şərq

Əsəd Trampı məhkəməyə verir

Suriya hökuməti neftini oğurladığı üçün ABŞ-ı məhkəməyə verməyi düşünür.

Publika.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Butani Şaban Livanın “Əl-Mayadin” televiziyasına açıqlayıb.

Şaban bildirib ki, ABŞ Suriyaya neft quyularını qorumaq üçün əsgər göndərərkən “nefti zəmanət altına aldıq” açıqlamasının hansı məna daşıdığını dərin şəkildə izah edə bilməyən ABŞ prezidenti və hökumətini məhkəməyə şikayət edəcək: “Suriya ABŞ-a qarşı beynəlxalq orqanlara müraciət edərək məhkəmə işi açmağın yollarını axtarır. Bunun səbəbi də onların Suriya neftini oğurlamasıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm