İran müharibə anlamına gələn qırmızı bayrağı ilk dəfə dalğalandırdı - Hamı hücum anını gözləyir (VİDEO)
Bizi izləyin

Yaxın Şərq

İran müharibə anlamına gələn qırmızı bayrağı ilk dəfə dalğalandırdı - Hamı hücum anını gözləyir (VİDEO)

İran, müharibə elanı anlamına gələn qırmızı rəngli bayrağı Cəmkəran məscidində dalğalandırıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, qırmızı bayrağın dalğalandırılmasına İran dövləti tarixində ilk dəfədir rast gəlinir. Məlumata görə, bu İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə əlaqədardır. Tehran bu addımıyla müharibədə olduğunu elan etmiş oldu.

Qeyd edək ki, Cəmkəran məsçidi Qum şəhərindən 5 kilometr məsafədə yerləşir. Yerli sakinlər məsçidi on ikinci imam Mehdinin göstərişi ilə inşa olunduğunu irəli sürür.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm