İran ÇALXALANIR: milyonlarla insan küçələrə axışdı və... - FOTO/VİDEO
Bizi izləyin

Yaxın Şərq

İran ÇALXALANIR: milyonlarla insan küçələrə axışdı və... - FOTO/VİDEO

İranın paytaxt şəhəri Tehranın Azadi meydanında böyük izdiham müşahidə olunur.

Publika.az xəbər verir ki, iranlı general Qasim Süleymaninin vida mərasiminə gələnlərin sayı durmadan artır.

İran mediası paytaxt küçələrinə milyonlarla insanın axışdığını bildirib.

Vida mərasimində ABŞ əleyhinə təhdid ehtiva edən şüarlar səsləndirilir və dərhal intiqamın alınmasını istəyirlər.

İranda artıq bir çox aeroport, prospekt və küçələrə generalın adı verilib.

İranlı generalın sabah doğulduğu Kirman vilayətində dəfn olunacağı bildirilib.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının yaxınlığında raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm