İranlı nazir qisas əməliyyatının detallarından danışdı
Bizi izləyin

Yaxın Şərq

İranlı nazir qisas əməliyyatının detallarından danışdı

“İran beynəlxalq müharibə qanunlarına uyğun olaraq ABŞ-a cavab verəcək. Hədəfdə sırf ABŞ-a məxsus mövqelər olacaq”.

Publika.az xəbər verir ki, İranın Xarici İşlər naziri Cavad Zərif belə bəyanatla çıxış edib. O bildirib ki, Vaşinqtonun bölgədə təşkil etdiyi hücumlar müharibə səbəbidir.

“ABŞ addımları ilə özünün bölgədəki sonunu hazırlayır” deyən diplomat, qisas hücumunun nə vaxt təşkil olunacağına aydınlıq gətirməyib. Zərifin sözlərinə görə, qisas hücumunun vaxtını İran özü müəyyən edəcək.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm