İranın ABŞ bazalarına hücumu ilə bağlı ŞOK DETAL
Bizi izləyin

Yaxın Şərq

İranın ABŞ bazalarına hücumu ilə bağlı ŞOK DETAL

İran tərəfindən ABŞ-ın İraqdakı hərbi bazalarına təşkil edilən hücumun vaxtı təsadüfən seçilməyib.

Publika.az-ın NBC televiziyasına istinadən məlumatına görə, xarici ekspertlər bildirir ki, hücumun təşkil edildiyi saat iranlı general Qasım Süleymaninin öldürüldüyü saatla üst-üstə düşür. Məlumata görə, hər iki hadisə təqribən yerli vaxtla gecə saat 4 radələrində baş verib. ABŞ bazalarına zərbələr endiriləndən bir neçə dəqiqə sonra yəni intiqam alındıqdan sonra generalın cəsədi torpağa tapşırılıb. Mütəxəssislər bunun simvolik addımlar olduğunu bildirib.

Xatırladaq ki, İran hücum nəticəsində 80 amerikalının həlak olduğunu irəli sürüb. ABŞ tərəfi isə iddiaları rədd edir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm