İran qisas hücumu ilə bağlı bütün dünyanı aldadıb? - Pentaqondan İNANILMAZ İDDİA
Bizi izləyin

Yaxın Şərq

İran qisas hücumu ilə bağlı bütün dünyanı aldadıb? - Pentaqondan İNANILMAZ İDDİA

“ABŞ bazalarına endirilən raketlər hədəfi dəqiqliklə vurub”.

Publika. az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi, əməliyyata komandanlıq edən generalın köməkçisi Abbas Nilfuruşan Təsnim agentliyinə açıqlamasında belə deyib. O bildirib ki, amerikalı hərbçilər texnologiyalar vasitəsiylə raketlərin istiqamətini dəyişdirməyə cəhd etsələr də, nəticəsiz qalıb. Abbasın sözlərinə görə, mərmilər bir metrə olsun belə hədəfdən yayınmayıb.

Xatırladaq ki, raketlərin ABŞ bazalarını vurmadığı barədə iddialar var. Pentaqonun açıqlamasına görə, İran vəziyyətin daha da gərginləşməməsi üçün bilərəkdən raketləri boş ərazilərə endirib. Bu üzdən tələfatın olmadığı irəli sürülüb.

Qeyd edək ki, qərb mediasında İranın atdığı raketlərdən bir neçəsinin boş əraziyə düşdüyünə dair fotolar yayılıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm