İsrail İran mövqelərinə dəhşətli hücum etdi - SENSASİON İDDİA
Bizi izləyin

Yaxın Şərq

İsrail İran mövqelərinə dəhşətli hücum etdi - SENSASİON İDDİA

İsrailin Pilotsuz Uçuş Aparatları İraq-Suriya sərhədindəki bəzi mövqelərə aviazərbələr endirib.

Publika.az xəbər verir ki, İraqın Əl-Qaim qəsəbəsi yaxınlığındakı Əbu-Kamalda partlayış səsləri eşidilib.

Faktı təsdiq edən Suriya İnsan Haqlarını Müşahidə Şurası hücumda İranın dəstəklədiyi milislərin hədəf alındığını açıqlayıb. Bildirilib ki, bölgədəki şiə milislərinə aid depo və silahdaşıyan maşınlar partladılıb.

Livanın “Əl-Mayadin” kanalı isə İsrailə aid PUA-ların Suriya-İraq sərhədində bəzi hədəfləri vurduğunu bildirib.

İsrailin “Haaretz” qəzeti son zamanlarda İraqda bir sıra hücumların İsrailin adına yazıldığını, bunlardan bəzilərinin Suriya-İraq sərhədinə və Əbu-Kamal-Qətər keçidinə yaxın ərazilərdə olduğunu xatırladıb.

“Haaretz”ə görə, hücumlar İran dəstəkli şiələri və silah daşıyan yük maşınlarını hədəf alır. Sözügedən hücumlar amerikalı nümayəndələr də təsdiq olunub.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netenyahu general Qasım Süleymaninin öldürülməsi ilə bağlı ilk açıqlamasında ABŞ prezidenti Donald Trampa dəstək mesajı vermişdi. Netenyahu “Prezident Tramp sürətli, güclü və qətiyyətli formada hərəkət etdiyi üçün hörmətə layiqdir. İsrail sülh, müdafiə və təhlükəsizlik mübarizəsində ABŞ-ın yanındadır” sözlərini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm