İran ayaqda: Tramp Tehranda çəkilən ŞOK GÖRÜNTÜLƏRİ paylaşdı - FOTOLAR
Bizi izləyin

Yaxın Şərq

İran ayaqda: Tramp Tehranda çəkilən ŞOK GÖRÜNTÜLƏRİ paylaşdı - FOTOLAR

ABŞ prezidenti Donald Tramp İranda keçirilən aksiyalarla bağlı diqqətçəkən görüntülər yayımlayıb.

Publika.az xəbər verir ki, kadrlarda iranlı nümayişçilərin yerə atılan ABŞ və İsrail bayraqlarına hörmətlə yanaşdığı əks olunub. Etirazçılar bayraqları tapdalamamaq üçün istiqamətlərini dəyişiblər. Donald Tramp bildirib ki, iranlıların bu addımı böyük irəliləyişdir. O sosial media hesabında yazıb:

“Möhtəşəmdir. İranlı etirazçılar böyük ABŞ bayrağını tapdalamağı və ya hansısa şəkildə təhqir etməyi rədd etdilər”.

Qeyd edək ki, Tehranda, Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı hökumət əleyhinə aksiyalar baş qaldırıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm