ÇAĞIRIŞ EDİLDİ: ABŞ-a qarşı milyonlarla insan ayağa qalxır
Bizi izləyin

Yaxın Şərq

ÇAĞIRIŞ EDİLDİ: ABŞ-a qarşı milyonlarla insan ayağa qalxır

İraqda ABŞ-ın hərbi mövcudluğuna etiraz etmək üçün irimiqyaslı nümayişlər planlaşdırılır.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkənin dini liderlərindən Müqtəda əs-Sədr bu barədə çağırış edib. O, milyonlarla insanı meydanlara çağırıb. Dini lider hesab edir ki, ABŞ-ın ölkədəki hərbi mövcudluğu İraqın suverenliyini pozur. Artıq İraqda bu çağırışa ciddi dəstək verilib.

Siyasi dairələr və vətəndaşlar ABŞ-a qarşı etirazlar təşkil etmək üçün hazırlığa başlayıb. İrimiqyaslı nümayişlərin yaxın günlərdə başlayacağı bildirilir.

Qeyd edək ki, İraq hökuməti Bağdadda iranlı general Qasım Süleymaniya qarşı təşkil edilən əməliyyatı dövlətin suverenliyinin pozulması kimi dəyərləndirib və amerikalı hərbçilərin ölkədən çıxmasını tələb edib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm