Yaxın Şərq
ABŞ bazasına hücum başladı - Yaralılar var
İraqın paytaxtı Bağdadda yerləşən ABŞ-a məxsus “Camp Taci” hərbi bazasına raket zərbələri endirilib.
Publika.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Məlumata görə, bazaya ardıcıl bir neçə raket atılıb. Şiddətli hücum nəticəsində bazanın təhlükəsizliyini təmin edən bir neçə hərbçi yaralanıb. Bəzi mənbələr yaralıların amerikalı, bəzi mənbələr isə iraqlı əsgərlər olduğunu yazır. Raket zərbələri ilə bağlı ərazidə partlayışlar davam edir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İran dəstəkli silahlılar tərəfindən təşkil olunduğu bildirilir.
Qeyd edək ki, iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ bazaları intensiv hücumlara məruz qalır.
Anar Türkeş
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ