Rusiya səfirliyinin ərazisi nəzarət altına alındı
Bizi izləyin

Yaxın Şərq

Rusiya səfirliyinin ərazisi nəzarət altına alındı

Rusiyanın Livanın paytaxtı Beyrutdakı səfirliyinin binasının olduğu ərazi nəzarət altına alınıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Livan ordusu və polisi kütləvi qarışıqlıqların baş verdiyi ərazini bloklayıb.

Etirazçılar ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, daha əvvəl isə səfirlik binasının yerləşdiyi ərazidə polislə etirazçılar arasında toqquşma olduğu və içərilərində polis əməkdaşları da olmaqla 35 nəfərin xəsarət aldığı bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm