Kərbəla "qan ağlayır" - Çox sayda ölü və yaralı var (FOTOLAR)
Bizi izləyin

Yaxın Şərq

Kərbəla "qan ağlayır" - Çox sayda ölü və yaralı var (FOTOLAR)

İraqın Bağdad, Kərbəla, Amara və digər şəhərlərində keçirilən hökumət əleyhinə etiraz aksiyaları zamanı çox sayda insan həyatını itirib. Yaralılar var.

Publika.az Anadolu agentliyinə istindən xəbər verir ki, nümayişçilər asayiş keşikçilərinə içində yandırıcı maddələr olan şüşə qablar atıblar. Polis isə nümayişçiləri dağıtmaq üçün göz yaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib. Məlumata görə, narazı kütlə bəzi mərkəzi yolları bağlayıb, körpülərə nəzarəti ələ keçirib.

Qeyd edək ki, nümayişçilər müstəqil hökumətin qurulmasını, səlahiyyətlərini aşan məmurların və aksiyada güc tətbiq edən polislərin cəzalandırılmasını tələb edir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm