SON DƏQİQƏ: ABŞ səfirliyinin yerləşdiyi ərazi bombalanır - Həyəcan elan edildi / YENİLƏNDİ
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: ABŞ səfirliyinin yerləşdiyi ərazi bombalanır - Həyəcan elan edildi / YENİLƏNDİ

İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyinin hücuma məruz qalması nəticəsində azı 3 nəfər yaralanıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, helikopterlər ABŞ səfirliyinin ərazisindəki insanları təxliyə edir.

İraqın baş naziri vəzifəsini icra edən Adel Abd əl-Mehdi isə hadisəni törədən şəxslərin tapılaraq, cəzalandırılması barədə göstəriş verib.

****

22:26

İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyi hücuma məruz qalıb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, son bir neçə dəqiqə ərzində səfirlik istiqamətində 5 ədəd “Katyuşa” tipli raket atılıb. Yerli mənbələrin məlumatına görə, mərmilər “yaşıl bölgə”də yerləşən ABŞ səfirliyinin yaxınlığına düşüb. Tələfat və dağıntı barədə hələki məlumat yoxdur. Hücumlara görə, ərazidə həyəcan siqnalları işə düşüb. İnsanlar sığınacaqlara və təhlükəsiz ərazilərə yerləşib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, mərmilərin İranın dəstəklədiyi silahlılar tərəfindən əraziyə atıldığı güman edilir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm