İŞİD İsrailə hücum əmri verdi - Kimyəvi silahlardan istifadə edin
Bizi izləyin

Yaxın Şərq

İŞİD İsrailə hücum əmri verdi - Kimyəvi silahlardan istifadə edin

İŞİD lideri Əbu Həmzə əl Kureyşi qruplaşma üzvlərini İsrail vətəndaşlarına hücum etməyə səsləyib.

Publika.az xəbər verir ki, bu barədə “The Times of İsrail” qəzetində məlumat yayılıb. Əbu Həmzəyə aid olduğu iddia edilən 37 dəqiqəlik səs yazısında bildirilir:

“Yəhudilərin yaşadığı məntəqələri və bazar ərazilərini hədəfə alın. Yaşayış məntəqələrinə raketlərlə hücum edin. Həmin ərazilərdən kimyəvi silahlarınızın test məkanı kimi istifadə edin.”

İŞİD lideri ABŞ prezidenti Donald Trampın “Yüz ilin müqaviləsi”nə etiraz olaraq İsrail dövlətini hədəfə aldığını bildirib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm