İraqda insanlıq dramı: 556 nəfər bu səbəbdən öldürüldü
Bizi izləyin

Yaxın Şərq

İraqda insanlıq dramı: 556 nəfər bu səbəbdən öldürüldü

İraqda 25 oktyabr 2019-cu ildən bəri işsizlik, korrupsiya və ictimai sektordakı çatışmazlıqlar səbəbilə hökumətə qarşı baş qaldıran etiraz aksiyalarında 556 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə İraq Ali Müstəqil İnsan Haqları Komissarlığının üzvü Əli Bayatlının ofisindən informasiya yayılıb.

Beynəlxalq Amnistiya Təşkilatının sənədlərində və Prezident Bəhram Salehin açıqlamalarında ölkədəki etiraz aksiyalarındakı insident zamanı 600-dən çox insanın öldüyü bildirilmişdi.

Qeyd edək ki, aksiyalar Baş nazir Adil Əbdülmehdi hökumətinin istefasına da səbəb olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm