İsrail qırıcıları İran ordusunu BOMBALADI - Çox sayda hərbçi həlak oldu
Bizi izləyin

Yaxın Şərq

İsrail qırıcıları İran ordusunu BOMBALADI - Çox sayda hərbçi həlak oldu

İsrail qırıcıları Suriyanın paytaxtı Dəməşqdə yerləşən müxtəlif hərbi məntəqələrə aviazərbələr endirib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İsrailə məxsus qırıcılar axşam saatlarında paytaxtın 4 bölgəsində əməliyyat təşkil edib. Hücumların hədəfində İran ordusuna məxsus düşərgələrin olduğu iddia edilir. SANA agentliyinin iddiasına görə, hava hücumundan müdafiə sistemləri çox sayda raketin qarşısını almağa müvəffəq olub.

AFP agentliyi hücum zamanı ən az 15 İran əsgərinin öldüyünü yazıb.

Məsələ ilə bağlı İsrail rəsmilərindən açıqlama gəlməyib.

Qeyd edək ki, İsrail vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən bəri zamanla İran dəstəkli qruplara və rejimə aid hərbi məntəqələrə hücumlar təşkil edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm