Rusiyadan İsrailə İTTİHAM
Bizi izləyin

Yaxın Şərq

Rusiyadan İsrailə İTTİHAM

İsrail ordusu Suriyaya hücum zamanı sərnişin təyyarələrindən qalxan kimi istifadə edir.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi belə ittihamla çıxış edib. Bildirilib ki, ötən axşam sərnişin təyyarəsi Dəməşq hava limanına eniş zamanı müdafiə sistemləri tərəfindən vurulmaq təhlükəsi ilə üzləşib. Lakin layner son anda təhlükədən yayınıb.

Qeyd edək ki, göyərtəsində 172 sərnişinin və heyət üzvlərinin olduğu təyyarənin hansı şirkətə məxsus olduğu açıqlanmasa da, Rusiya mətbuatı laynerin Tehrandan havaya qalxdığını yazır.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm