Türkiyə və Suriya orduları arasında DƏHŞƏTLİ TOQQUŞMA - Onlarla hərbçi öldü
Bizi izləyin

Yaxın Şərq

Türkiyə və Suriya orduları arasında DƏHŞƏTLİ TOQQUŞMA - Onlarla hərbçi öldü

Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin daha 51 əsgəri həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, əməliyyatlar Suriya qüvvələrinin Türkiyə ordusunun mövqelərinə endirdiyi top atışlarına cavab olaraq təşkil edilib. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus 2 tank, 1 ağır silah və 1 silah anbarı sırada çıxıb. 1 tank isə ələ keçirilib.

Qeyd edək ki, Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 12 hərbçi həlak olub. Cavab hücumları nəticəsində ümumilikdə 250-dən çox suriyalı hərbçi zərərsizləşdirilib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm