Türk ordusu dəhşətli savaşa başlayacaq və İran... - Rusiya-Türkiyə "müharibəsi"nin 4 SSENARİSİ
Bizi izləyin

Yaxın Şərq

Türk ordusu dəhşətli savaşa başlayacaq və İran... - Rusiya-Türkiyə "müharibəsi"nin 4 SSENARİSİ

Suriyanın İdlib şəhərində Rusiyanın dəstəyini alan Bəşər Əsəd rejiminin Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsinin rəsmi Moskva ilə Ankara arasındakı münasibətlərə necə təsir göstərəcəyi maraq dairəsindədir.

Publika.az xəbər verir ki, rus mütəxəssislər və media orqanları qarşıdurmanın böyümə ehtimalını, müharibəyə çevrilmə proqnozunu tələffüz belə etmək istəmir. Bu məsələyə şərh verənlərin çoxu böhranın yeni memorandum prosesi ilə həll edilməsini, ən azından, qısa müddətdə də olsa, dayandırılmasını vurğulayır.

“Vzqlyad” qəzeti ən çox səsləndirilən ehtimalları 4 kateqoriyada toplayıb:

Birinci ssenari: Əsəd rejimi İdlibdə dinc sakinlərə qarşı hücumlarını dayandıracaq, böhran hələlik dondurulacaq.

İkinci ssenari: Türkiyə Əsəd rejiminə qarşı genişmiqyaslı əməliyyata başlayacaq. Bu durumda Rusiya Türkiyə ilə qətiyyən qarşı-qarşıya gəlməyəcək. Türkiyə ilə insidentə daxil olmaq Rusiyanın maraqlarına uyğun olmaz, əksinə, Rusiya Türkiyə ilə əməkdaşlığının davamında, hətta gücləndirilməsində maraqlıdır. Bu səbəbdən qarşıdurma vəziyyətində rəsmi Moskva Türkiyəyə müharibənin qarşısını ala biləcək təklif də verə bilər.

Üçüncü ssenari: Əsəd rejimi İdlibdəki irəliləyişini dayandıracaq. Qismən geri çəkiləcək. Çəkilmədiyi bölgələrə qarşılıq olaraq Rusiya Türkiyəyə PKK/PYD terror təşkilatının işğal etdiyi nöqtələri geri verə bilər. Bu proqnozu müdafiə edənlər Rusiyanın PYD mövzusunda ciddi görüşlər keçirdiyini iddia edir.

Dördüncü ssenari: Türkiyə, Əsəd rejimi, İran, Rusiya və hətta digər aktorların da daxil olduğu bir ortam yaradıla bilər. Ancaq bu ehtimalı kimsə istəmir, hətta ssenarilər arasında gerçəkləşmə ehtimalı ən aşağı olan variantlar sırasındadır.

Bundan başqa, fərdi şərhlər verən rus mütəxəssislər də bənzər şəkildə Rusiya ilə Türkiyə arasındakı gərginliyin aşağı düşəcəyinə inanır.

Andrey Çuprıqin Ankara ilə Moskva arasında İdlib mövzusunda qarşı-qarşıya gəlməmək üçün tədbirlər görüldüyünü deyib.

Moskva Dövlət Universitetindən Aleksandr Vavilov Dəməşqin Türkiyəyə qarşı topyekun müharibəyə girəcək gücü olmadığını vurğulayıb.

Rusiya Elmlər Akademiyasından Konstantin Truevtsev Suriya ilə Türkiyənin müharibəyə girməsinin reallıqdan kənar olduğunu bildiriib.

Siyasi məsləhətçi Anatoliy Vasserman 2015-ci ildəki təyyarə böhranını xatırladaraq Rusiya ilə Türkiyənin belə bir prosesi bir daha yaşamaq istəmədiklərini dilə gətirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm