Avropa Birliyindən Əsədə növbəti zərbə
Bizi izləyin

Yaxın Şərq

Avropa Birliyindən Əsədə növbəti zərbə

Avropa Birliyi Suriya hökumətinə qarşı sanksiyaları genişləndirib.

Publika.az xəbər verir ki, qadağalar siyahısına daha 8 iş adamı və 2 şirkət əlavə edilib. Məlumata görə, sanksiyalara məruz qalan iş adamları Suriyada torpaqlarından köçmək məcburiyyətində qalan sakinlərin ərazilərində müxtəlif layihələr həyata keçirməkdə ittiham edilib.

Bununla da, Suriya ilə bağlı qadağalara məruz qalan şəxslərin sayı 277-yə, şirkət sayı isə 71-ə çatıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm