Türkiyə İdlibdə ƏMƏLİYYATA BAŞLADI - Hərbi texnikalar və general məhv edildi
Bizi izləyin

Yaxın Şərq

Türkiyə İdlibdə ƏMƏLİYYATA BAŞLADI - Hərbi texnikalar və general məhv edildi

Suriya müxalifləri İdlibin Neyrab kəndinə daxil olub. Sərakib rayonunun şimal-şərqində yerləşən kənddə şiddətli müharibə gedir.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.

Bildirilir ki, kənddəki rejim hədəfləri top atışları ilə atəşə tutulub. Müxaliflər Bəşər Əsəd qüvvələrinin 1 tank və 1 zirehli avtomobilini məhv edib. Daha 1 tankı ələ keçirib.

Qeyd edək ki, Neyrab, 3 fevralda rejim qüvvələri tərəfindən işğal olunmuşdu.

Sərakib rayonu Dəməşq ilə Hələb arasında əlaqə yaradan M5 amgistral yolu və İdlib-Lazkiyə-Hələbin əlaqələrini təmin edən M4 magistralının birləşdiyi nöqtədə yerləşir.

16:15

Türkiyə ordusunun Hərbi Hava Qüvvələrinə aid pilotsuz uçuş aparatları İdlib şəhərinin hava koordinatlarını ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Sabah” informasiya yayıb.

“A Xəbər”in bölgəyə ezam olunmuş müxbiri Mehmet Sabri Urbaşın verdiyi məlumata görə, türk ordusunun bölgədə 10 minlərlə əsgəri var. Bölgədə hərəkətlilik ən üst səviyyədədir.

Hərbi mütəxəssislər Türkiyə Silahlı Qüvvələrinin tayı-bərabəri görülməmiş formada İdlibə ağır silahlar və zirehli avtomobillər göndərdiyini bildirir.

Qeyd edək ki, bölgədə Rusiya ordusunun aviazərbələri də davam edir.

***

15:34

Türkiyə Silahlı Qüvvələri “İdlib” əməliyyatına start verib.

Publika.az xəbər verir ki, barədə “Halab Today” informasiya yayıb.

Bildirilib ki, TSQ Suriyanın İdlib bölgəsində Bəşər Əsəd qüvvələrinin Serakib rayonundakı strateji nöqtələrini reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.

Sosial şəbəkələrin Suriya müxaliflərinə yaxın səhifələrdə yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və rejim qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən geri çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da çıxışında "İdlibdə hərbi əməliyyatın başlaması an məsələsidir. Bir gecə ansız gələ bilərik” sözləri ilə əməliyyatın siqnalını vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm