SON DƏQİQƏ: Türk qırıcılarından İRİMİQYASLI HÜCUM - Suriya ordusu və bazaları bombalanır (VİDEO)
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: Türk qırıcılarından İRİMİQYASLI HÜCUM - Suriya ordusu və bazaları bombalanır (VİDEO)

Video əlavə olunub.

***

03:32

İdlibdə türkiyəli hərbçilərin həlak olmasından sonra Türkiyə qırıcıları Suriya ordusuna qarşı irimiqyaslı əməliyyatlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “A haber” televiziyası məlumat yayıb. Qırıcıların Suriya istiqamətində uçduğuna dair videogörüntülər də yayılıb. İddialara görə, qırıcılar Suriya ordusunun Latakiyə, Həma, İdlib vilayətindəki bütün hədəflərinə zərbələr endirir. Bəzi mənbələr Rusiyanın Suriyadakı Hmeymin hərbi bazasının da silahlı qruplar tərəfindən şiddətli raket atəşinə tutulduğu barədə məlumatlar yayıb. Rusiyanın bəzi saytları da rus bazalarını türklərin bombalanması ilə bağlı məlumat yayb.

Qeyd edək ki, İdlibdə Suriya ordusunun hücumu nəticəsində azı 33 türkiyəli hərbçi həlak olub.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm