Türkiyə ordusundan AMANSIZ QİSAS - Əsədin nüfuzlu generalı öldürüldü (FOTO)
Bizi izləyin

Yaxın Şərq

Türkiyə ordusundan AMANSIZ QİSAS - Əsədin nüfuzlu generalı öldürüldü (FOTO)

İdlibə təşkil edilən hücumdan sonra Türkiyə ordusunun həyata keçirdiyi cavab əməliyyatları zamanı Suriyanın bəzi yüksək rütbəli zabitləri həlak olub.

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, ölənlər arasında Suriya ordusunun 124-cü briqada komandanı, general Burhan Rahmun da var. Məlumata görə, Əsədə yaxınlığı ilə bilinən general Hələb yaxınlığında pilotsuz aparatların evə endirdiyi zərbələr zamanı ölüb. Bildirilir ki, Türkiyə ordusu generalı izləyib və onu gizli obyekt kimi istifadə edilən evdə hərbi toplantı keçirərkən hədəfə alıb.

Qeyd edək ki, Suriya ordusunun hücumu nəticəsində İdlibdə 33 türkiyəli hərbçi şəhid olub. Cavab əməliyyatları zamanı 300-dən çox suriyalı əsgər zərərsizləşdirilib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm