ABŞ Talibanla sülh müqaviləsi İMZALADI
Bizi izləyin

Yaxın Şərq

ABŞ Talibanla sülh müqaviləsi İMZALADI

Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti, Taliban heyəti və ABŞ arasında sülh müqaviləsi imzalanıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, 135 gün ərzində Əfqanıstandakı ABŞ əsgərlərinin sayı 13 mindən 8 min 600-ə qədər azaldılacaq.

Həmçinin, ABŞ və Əfqanıstan hökuməti anlaşma çərçivəsində 5 min məhkumu sərbəst buraxacağını, Taliban isə buna qarşılıq olaraq 1000 nəfəri azad edəcəyini açıqlayıb.

Qeyd edilib ki, Taliban anlaşmaya riayət edərsə, 14 ay müddətində Əfqanıstandakı ABŞ və NATO hərbçiləri tamamilə bölgədən çəkiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm