Əsədin əsgəri Türkiyənin vurduğu təyyarələri axtararkən GÖRDÜKLƏRİNƏ İNANMADI
Bizi izləyin

Yaxın Şərq

Əsədin əsgəri Türkiyənin vurduğu təyyarələri axtararkən GÖRDÜKLƏRİNƏ İNANMADI

Türkiyə qırıcıları tərəfindən vurulan Suriya ordusuna məxsus “S-24” təyyarələrinin pilotlarının axtarışları zamanı qeydə alınan səs yazısı üzə çıxıb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, təyyarələr vurulandan sonra hava limanındakı hərbçi pilotlarla əlaqə saxlamağa çalışıb. Qırıcıların vurulduğundan xəbərsiz olan rabitəçi, cavab ala bilmədiyinə görə anonsları təkrar etməyə başlayıb.

Lakin bu zaman müxalif silahlılar rabitə xəttinə sızaraq suriyalı hərbçiyə təyyarənin vurulduğunu deyib. Müxalif silahlının səsindən təəccüblənən hərbçi əlaqəni dayandırıb. Bir neçə dəqiqə sonra isə təyyarənin vurulduğu barədə görüntülər yayılıb. Ardınca əsgər təyyarənin vurulduğu barədə ordu komandalarına məlumat verib.

Qeyd edək ki, pilotlar katapult edərək sağ qalıblar.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm