Türkiyə Əsəd qüvvələrini yox etmək üçün ANALOQU OLMAYAN SİLAHINI göndərir - Tarix açıqlandı
Bizi izləyin

Yaxın Şərq

Türkiyə Əsəd qüvvələrini yox etmək üçün ANALOQU OLMAYAN SİLAHINI göndərir - Tarix açıqlandı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində Dəməşq rejiminə qarşı həyata keçirdiyi “Bahar qalxanı” hərəkatına yeni hərbi texnika gələn həftə göndəriləcək.

Publika.az xəbər verir ki, ASELSAN və ROKETSAN şirkətlərinin tamamilə yerli qaynaqlarla ərsəyə gətirdiyi HİSAR hava hücumundan müdafiə sistemləri əməliyyat bölgəsinə göndəriləcək.

Beləliklə, Türkiyə hava məkanına girə bilmədiyi İdlibdə güc balansını bərabərləşdirmiş olacaq. HİSAR-A-nın alçaq və orta hündürlüklü hədəfləri vura bilən versiyaları TSQ mövqelərini təyyarə, helikopter və PUA-lardan qoruyacaq.

Qeyd edək ki, HİSAR zenit raket komplekslərinin Suriyaya göndəriləcəyi xəbərini Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm