Moskvadan atəşkəs, İdlibdən şəhid xəbəri gəldi
Bizi izləyin

Yaxın Şərq

Moskvadan atəşkəs, İdlibdən şəhid xəbəri gəldi

Suriyanın İdlib şəhərində rejim qüvvələrinin açdığı atəş nəticəsində 2 türk əsgəri şəhid olub, 3-ü isə yaralanıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə hərbçiləri Əsəd rejiminin hədəflərinə ağır zərbələr endirir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlib böhranı ilə bağlı görüş keçirilib və atəşkəslə bağlı razılığa gəliblər. Atəşkəs bu gecə saat 00:01-də qüvvəyə minməlidir.

Xatırladaq ki, bu gün İdlibdə bir əsgərin şəhid olması ilə bağlı Qazientep valiliyi açıqlama yaymışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm