Türk ordusu ruslarla birgə hərəkətə keçir - Nazir müjdəni verdi
Bizi izləyin

Yaxın Şərq

Türk ordusu ruslarla birgə hərəkətə keçir - Nazir müjdəni verdi

Türkiyə və Rusiya Suriyanın İdlib şəhərində birgə patrul fəaliyyətinə 15 martdan etibarən başlayacaq.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

İdlib prosesi ilə bağlı son vəziyyət haqqında danışan nazir bildirib ki, növbəti həftə Rusiyadan bir hərbi heyət Ankaraya gələcək: “Prezidentimizin rəhbərliyi ilə İdlibdə barışa gedən yolda mühüm addım atıldı. Martın 15-dən etibarən Suriyanın M4 magistral yolunda birgə patrul fəaliyyətinə başlayacağıq. Magistral yol boyunca qurulacaq təhlükəsizlik koridorunun əsaslarının hazırlanması istiqamətində artıq işlərə başlamışıq”.

General bölgədəki sülh və sabitlik üçün səylərini davam etdirəcəklərini vurğulayıb.

Atəşkəsin elan olunduğu andan etibarən ciddi bir pozuntunun olmadığını deyən Akar Türkiyənin mövqelərinə edilən hücumlara qarşı qanuni müdafiə çərçivəsində tərəddüd etmədən ən şiddətli cavabı verəcəklərini qeyd edib.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm