SON DƏQİQƏ: Putin haqqında sərt çıxış edən İran generalı öldürüldü - FOTO
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: Putin haqqında sərt çıxış edən İran generalı öldürüldü - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı ali vəzifəli mənsublarından olan general Fərhad Dəbiriyan öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Bildirilib ki, paytaxt Dəməşqin Zeynəbiyyə bölgəsindən məsul olan Dəbiriyan ötən gecə qətlə yetirilib.

Komandanın ölümü ilə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, Dəbiriyan İŞİD terror təşkilatının antik Palmira şəhərini işğal etdiyi 2015-ci ildə bu şəhərin komandanı vəzifəsinə gətirilmişdi.

Fərhad Dəbiriyan Rusiyanın Suriyaya müdaxilə etməsinə qarşı çıxanlardan biri olub. Onun Rusiya prezidenti Vladimir Putin ilə bağlı yayılan səs qeydlərində prezidentə “o kafir” deməsi gündəm olmuşdu.

İranla Rusiya arasında gərginliyə səbəb ola bilərmi?

İranın bölgədəki ən yaxşı komandanlarından birinin öldürülməsinin arxasındakı sirr pərdəsi hələ ki, aralanmayıb. Dəbiriyanın Rusiya və Putinə qarşı sərt çıxışları ölümündə bu ölkənin rolunun ola biləcəyini ağıla gətirir. Bu məsələdə Rusiya və İranın hansı mövqedən çıxış edəcəyi isə maraq doğurur.

Xatırladaq ki, daha əvvəl SEPAH-ın "Qüds gücü" xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani ABŞ ordusu tərəfindən öldürülmüşdü. Bu hadisədən sonra İranın bir neçə generalı qətlə yetirilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm