Türkiyənin ordusu Əsədin qoşunlarını bu sistemlə məhv edib - Uğurlarının GİZLİ SƏBƏBİ
Bizi izləyin

Yaxın Şərq

Türkiyənin ordusu Əsədin qoşunlarını bu sistemlə məhv edib - Uğurlarının GİZLİ SƏBƏBİ

Türkiyənin Hava Hücumundan Müdafiə Radio Şəbəkə Sistemi (HSTA) idarəetmə mərkəzindəki Silahlı Pilotsuz Uçuş Aparatı pilotlarının həm döyüş təyyarələri, həm də cəbhədəki qoşunlara saniyələr içində əlaqə qurmasını təmin edir.

Publika.az
xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Nazirliyi şifrəli sistemin İdlibdə uğurla istifadə edildiyini bildirib.

Müdafiə Sənayesi Nazirliyinin 8 il əvvəl milliləşdirməyə başladığı HSTA bu gün dünyanın diqqət kəsildiyi İdlibdə Silahlı Pilotsuz Uçuş Aparatlı konseptli hava hərəkatına damğa vurub. Hərbi Hava Qüvvələri Komandanlığının istifadə etdiyi Pilotsuz Uçuş Aparatı üçün nəzərdə tutulan versiyası İdlibdəki hava əməliyyatında ANKA-S tərəfindən istifadə edilib. Sistem kripto-xüsusiyyəti sayəsində xəbərləşmə əsnasında sızmaların qabağına keçir. Beləliklə, əməliyyat zamanı qoşunların təhlükəsiz yerləşdirilməsinə vasitəçilik edir.



HSTA istehsalçısı olan "ONUR Mühendislik" şirkətinin baş direktoru Noyan Dede əməliyyatların böyük qisminin bu sistem vasitəsilə həyata keçirildiyini və uğurlu nəticələr alındığını deyib: “Bu sistemin dünyada hələ heç bir ekvivalenti yoxdur. Sistem hərəkət edən hədəflərin real vaxtda işarələnməsini və koordinatların dərhal digər döyüş elementləri ilə paylaşılmasını təmin edir. Sistem təyyarədəki radiodan bir rele olaraq istifadə edərək yerdəki elementlərə rabitə dəstəyi verir. Məsələn, coğrafi maneələr səbəbindən bir-biri ilə radio zəngləri edə bilməyən elementlər ANKA-dakı radio relesi sayəsində sistemə daxil olur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm