Türklərin hücumları qarşısında darmadağın olan Əsəd ordusu bu yola əl atdı - İnanılmaz plan/VİDEO
Bizi izləyin

Yaxın Şərq

Türklərin hücumları qarşısında darmadağın olan Əsəd ordusu bu yola əl atdı - İnanılmaz plan/VİDEO

Video əlavə olunub.

***

Rusiya kəşfiyyatı Türkiyə ordusunun Suriyada son 3 həftə ərzində həyata keçirdiyi əməliyyatlarla bağlı məlumat hazırlayıb.

Publika.az xəbər verir ki, məlumata görə, Suriya ordusu Türkiyənin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi əməliyyatlardan ağır itkilər verib. İddialara görə, Dəməşq itkilərdən yayınmaq və pilotsuz uçuş aparatlarını aldatmaq üçün şərti hədəflər hazırlayıb. Suriyalı hərbçilər uçuş aparatlarını aldatmaq üçün müxtəlif ərazilərə Rusiya istehsalı olan “Pantsir” müdafiə sistemlərinə bənzər şərti sistemlər yerləşdirib. Hökumət qüvvələri bu yolla uçuş aparatlarını əsas hədəflərdən yayındıraraq, onların yalnış hədəfləri vurmasını təmin etmək istəyib. Lakin onların bu planı uğursuzluğa düçar olub.

Qeyd edək ki, İdlibdə 34 əsgərin şəhid olmasından sonra başladılan cavab əməliyyatları nəticəsində Türkiyə ordusu bir neçə gün ərzində çox sayda müdafiə sistemini sıradan çıxarıb. 3500-dən çox suriyalı hərbçi zərərsizləşdirilib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm