
Bağdadda yerləşən “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
***
11 mart 21:39
İraqın paytaxtı Bağdadda amerikalı hərbçilərin olduğu “Taci” hərbi bazası hücuma məruz qalıb.
Publika.az BBC-yə istinadən xəbər verir ki, hərbi bazaya azı 10 raket atılıb. Tələfat barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Anar Türkeş