Paytaxta dəhşətli hücum: 1 nəfər öldü, 2 azyaşlı yaralandı
Bizi izləyin

Yaxın Şərq

Paytaxta dəhşətli hücum: 1 nəfər öldü, 2 azyaşlı yaralandı

Qiyamçı general Xəlifə Haftar Liviyanın paytaxtı Tripoliyə hücum edib.

Publika.az xəbər verir ki, paytaxta atılan raket nəticəsində bir ailədən 1 nəfər dünyasını dəyişib, 2 azyaşlı yaralanıb.

Hadisə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Milli Barışıq Hökümətinin “Qəzəbli Vulkan” əməliyyatının Mətbuat Mərkəzi açıqlama yayıb.

Qeyd edək ki, Haftar ordusunun mətbuat katibi Əhməd əl-Mismari ötən gün verdiyi açıqlamada BMT və Avropa ölkələrindən yeni tip koornavirus pandemiyası səbəbilə gəkllən atəşkəs çağırışlarını məmnuniyyətlə qarşıladıqlarını bildirmişdi. Buna rəğmən, ordusunun hücumları davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm