• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

ABŞ yenidən İraqa ordu yeridir

ABŞ yenidən İraqa ordu yeridir

ABŞ hərbi qüvvələrini yenidən İraqda yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Adil Əbdülmehdi danışıb.

İraq Milli Təhlükəsizlik Şurasının toplantısında danışan Baş nazirin sözlərinə görə, ABŞ hökumətindən strateji əlaqələr qurmaq, ABŞ ordusunu İraqda yenidən yerləşdirmək və ölkələrarası heyətlərin dialoqunun davamı ilə bağlı rəsmi yazı göndərilib. Bu yazının iki ölkə arasında münasibətlər və bölgənin sabitliyi məsələsində əhəmiyyətli yenilik olduğunu bildirən Əbdülmehdi detalları açıqlamayıb.

Qeyd edək ki, İraq parlamenti 5 yanvarda ABŞ qüvvələrinin ölkədən çıxarılmasına dair qərar qəbul etmişdi. Sözügedən qərarın tətbiqi isə hökumətə tapşırılmışdı.

Bununla da ABŞ ordusu İraqın şimal və qərbindəki 6 bazanı boşaltmışdı.

Xatırladaq ki, ABŞ ordusu İraqa 11 sentyabr 2001-ci il hadisələrindən sonra daxil olub.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR