Humanitar fəlakət QAPIDADIR: rəsmilər təhlükə siqnalı çalır
Bizi izləyin

Yaxın Şərq

Humanitar fəlakət QAPIDADIR: rəsmilər təhlükə siqnalı çalır

Humanitar fəlakət qapımızdadır.

Publika.az xəbər verir ki, bu sözləri İraq parlamentinin sədr müavini Həsən əl-Kəabi deyib.

Əl-Kəabi ötən gün Bağdad və Bəsrədə qeydə alınan kəskin yoluxmanın təhlükəli xəbərdarlıq olduğunu bildirib: “Yoluxmanın kəskin artımı küçəyə çıxma prosedurlarının tam olaraq yerinə yetirilməməsi və vətəndaşların pandemiyanın ciddiyyətini tam şəkildə qavraya bilməməsidir. Rəsmilərin açıqladığı tibbi qaydalara riayət etməmək, tədbirlərin keçirilməsi, yas mərasimləri və ailə ziyarətlərinin davam etdirilməsi də buna səbəbdir”.

Son rəqəmlərə görə, İraqda 2 min 913 nəfər koronavirusa yoluxub. 112 nəfər ölüb, 903 nəfər sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm