
Milli Barışıq Hökumətinin ordusu qiyamçı general Xəlifə Haftar üzərində daha bir qələbə qazanıb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Liviya ordusu Haftara sadiq qüvvələrin işğalındakı “Vatiyyə” hərbi bazasının nəzarətini ələ keçirib.
Qərbi Hərəkat Dairəsinin komandanı Usamə Cüveyli faktı təsdiqləyib.