Haftara ŞOK: məğlub olmasının əsl sirri ortaya çıxdı - Amerikalı və ingilislər...
Bizi izləyin

Yaxın Şərq

Haftara ŞOK: məğlub olmasının əsl sirri ortaya çıxdı - Amerikalı və ingilislər...

Liviyanın şərqini ələ keçirən qiyamçı general Xəlifə Haftar Qərbin muzdlu əsgərləri və iş adamları tərəfindən dələduzluğa məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Xəbərə görə, Haftar bir hücum helikopteri, bir kəşfiyyat təyyarəsi və bir patrul gəmisi üçün 55 milyon dollar pul xərcləyib. Son zamanlarda ortaya çıxan BMT istintaqına əsasən, ikisi sabiq dəniz piyadası olan 5 ingilis, 12 cənubi afrikalı, 2 avstraliyalı və 1 amerikalıdan ibarət 20 nəfərlik xarici hərbi qrupa dənizdən hücum qüvvələri yaradılması üçün 120 min dollardan çox pul verib.

Türkiyədən Liviyaya gedəcək gəmilərin tapılması və qarşısının alınması tapşırılan komanda Liviyaya çatandan 2 gün sonra Maltaya qaçıb.

Qəzetə açıqlama verən diplomatlar qrup ilə Haftar arasında hərbi təchizat və xidmətlər məsələsində problem yaşandığını, 80 milyon dollar ödənilən sursat və xidmətlərin əslində 30 milyon dollar dəyərində olduğunu deyib.

Mənbələr BMT-nin istintaqında Haftarın dəyəri 14 milyondan çox olmayan və istəmədiyi 6 helikopter aldığının təsbit edildiyini də açıqlayıb.

Xəbərdə Haftarın ilk dəfə dələduzluğa məruz qalmadığı, 2016 və 2017-ci illərdə başqa bir olayda amerikalı iş adamına patrul gəmisi üçün 6,5 milyon dollardan çox vəasit ödədiyi, lakin bu gəminin heç vaxt Liviyaya getmədiyinə də yer verilib.

Qeyd edək ki, Haftarın qüvvələri son günlərdə Milli Barışıq Hökumətinin ordusuna məğlub olub və 1 ildir girmək istədiyi paytaxt Tripolinin ətrafından geri çəkilmək məcburiyyətində qalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm