Bu ölkədə sutka ərzində cəmi 8 nəfərdə koronavirus tapıldı
Bizi izləyin

Yaxın Şərq

Bu ölkədə sutka ərzində cəmi 8 nəfərdə koronavirus tapıldı

"Hazırda ölkə üzrə testlərin sayı artırılıb. İyun ayında gün ərzində 1 800 test edilirdisə indi bu 3 000 civarında olur, dünən isə 2800-dək test götürdük".

Publika.az xəbər verir ki,bu sözləri Gürcüstanın Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze deyib.

O bildirib ki, hökumətin təşəbbüsü ilə test edilən qrupların sayı artırılır bu isə virusu aşkar olunduğu halda vaxtında qarşısını almaq üçün daha operativ imkan yaradır:

"Bilirsiz ki, bu gün 8 yeni yoluxma halı qeydə alınıb. Onlardan 6 nəfəri sürücüdür. Yoluxan pasiyentlərin hər birinin mənbəsini bilirik. Testlərin artımı ilə birlikdə, müəyyən edilən yoluxma hallarının sayı bir rəqəmli ədədi keçmir (10-dan daha az olur) bu isə çox yaxşı haldır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm